4 mart 2024 at 13:24
Jurnalist kodu: 5487
Xəbər kodu: 85407671
T T
0 Persons

Tags

Qallant Qəzza müharibəsinin 150-ci günündə əlçatmaz arzusundan danışıb

Tehran - İRNA - Sionist rejimin müharibə naziri Yoav Qallant bu rejim ordusunun başladığı müharibədən 150 gün keçsə də, Qəzza zolağında Fələstin müqavimətini məğlub edə bilməməsinə baxmayaraq, HƏMAS hərəkatını məhv etmək kimi əlçatmaz arzusunu yenidən dilə gətirib.

Qallant sionist rejimin 98-ci diviziyasının komandanlıq mərkəzinin əsgərləri arasındakı çıxışında deyib: “Bizim niyyətimiz ilk növbədə HƏMAS hərəkatı ilə qarşılaşmaqdır. Bu hərəkat Qəzza zolağında hakim təşkilat ola bilməz, lakin bu məsələ zaman tələb edir.”

Sionist rejimin müharibə naziri bundan əvvəl Qəzzaya qarşı müharibənin işğalçı rejim ordusu üçün ağır itkilər verdiyini etiraf edib, digər tərəfdən sionist rejim ordusunun HƏMAS-ın ən həssas mövqelərinə daxil olduğunu iddia edərək deyib: “Hərbi əməliyyatların intensivləşməsi bizi (sionist) əsirlərin qaytarılması ilə bağlı real razılaşma əldə etməyə yaxınlaşdırır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .